İbrahimoviç antirekorda şərik çıxdı - FOTO

01:58 12 Mart 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Çelsi” ilə matçda PSJ-nin hücumçusu Zlatan İbrahimoviç qarşılaşmanın 32-ci dəqiqəsində komandasını azlıqda qoyub.

 

 

Sportarena.az xəbər verir ki, qırmızı vərəqə alan isveçli futbolçu qitə miqyaslı ən nüfuzlu klub turnirdə 4-cü dəfə meydandan qovulub.

 

Bununla da İbrahimoviç hollandiyalı yarımmüdafiəçi Edqar Davidsin rekorduna şərik olub – 4 qırmızı vərəqə.

 

Maraqlıdır ki, və İbrahimoviç və Davids müxtəlif vaxtlarda “Ayaks”, “Yuventus”, “Milan”, “İnter” və “Barselona”nın formasını geyinib.

 


Digər xəbərlər

Xəbər xətti