Futbol üzrə Yunanıstan Kubokunun 1/4 finalında AEK və "Olimpiakos" komandaları arasında keçirilmiş oyun zamanı insident baş verib.
Sportarena.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində AEK azarkeşləri meydana axışıb.
Bunu görən hakimlər, məşqçilər və futbolçular paltardəyişmə otağına yollanıb. Məsləhətləşmələrdən sonra oyunun başa çatdırılmaması qərara alınıb.
Qeyd edək ki, hadisə baş verməmişdən öncə hesab "Olimpiakos"un xeyrinə olub - 1:0. İlk oyunda komandalar hərəyə bir dəfə (1:1) fərqləniblər.