Elxan Məmmədov yığma komanda ilə görüşüb

13:28 12 Mart 2015

AFFA-nın baş katibi Elxan Məmmədov növbəti görüşünü keçirib.

 

 

Sportarena.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, E. Məmmədov bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 

Baş katib Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

 

Qeyd edək ki, millimiz Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya, 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Bakıda təşkil olunacaq. 

 


Digər xəbərlər

Xəbər xətti