Türkiyə millisinin və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Əhməd Dursun həbs oluna bilər.
Sportarena.az xəbər verir ki, Hande adlı qadın onu təhqir edən A.Dursunu məhkəməyə verib.
Hadisə keçmiş futbolçuya aid şirniyyat evinin qarşısında baş verib. Hande C. adlı qadın avtomobilini şirniyyat evinin qarşısında saxlayıb. A.Dursun isə avtomobili orada saxlamamaq üçün qadına xəbərdarlıq edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman A.Dursunun qadını təhqir etdiyi iddia edilib.
Bundan sonra hər iki tərəf məhkəməyə müraciət edib.
A.Dursunun günahı sübuta yetirilərsə, o, 2 aydan 2 ilədək həbs oluna bilər.
Xatırladaq ki, A.Dursun 2009-2010-ci illərdə "Xəzər Lənkəran"da oynayıb.