Sabah Azərbaycan kubokunun cavab oyunları çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “İnter”i qəbul edəcək.
Meydan sahiblərinin baş məşqçisi Elbrus Məmmədov sportarena.az saytına matç öncəsi açıqlama verib:
“2:0 hesabı ağır da olsa çalışacayıq ki, mərhələni keçən tərəf biz olaq. İlk qarşılaşmada çoxlu qol vəziyyətlərimiz oldu. Sadəcə, “İnter”in müdafiəsi çox güclüdür. Fikir vermisizsə ən az qol buraxan komandadır. Məqsədimiz erkən qol vurmaqdır. Oyunun əlavə vaxta da gedə biləcəyini gözləyirik. Penaltilərə də hazırlaşmışıq”. – deyə Məmmədov bildirib.