Azərbaycan yığması FİFA reytinqində gerilədi

15:12 12 Mart 2015

FİFA dünyanın futbol üzrə yığma komandalarının mart ayı üçün reytinq siyahısını açıqlayıb.

 

Sprtarena.az xəbər verir ki, millimiz yeni siyahıda 8 pillə geriləyib.

Robert Prosineçkinin çalışdırdığı komandamız hazırda 139-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının hesabında 198 reytinq xalı var.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibləri olan İtaliya 10-cu (1146 xal), Xorvatiya 19-cu (963), Norveç 70-ci (522), Bolqarıstan 71-cidir (501). Millimiz yalnız Maltanı qabaqlayır. Bu komanda 169 xalla 145-cidir.

Keçmiş SSRİ ölkələri arasında Ukrayna liderdir (838 xalla 31-ci yer). Onu Rusiya (33; 788), Özbəkistan (72; 483), Ermənistan (79; 437), Estoniya (87; 379), Litva (94; 364), Latviya (95; 361), Belarus (98; 346), Moldova (122; 243), Gürcüstan (126; 225), Qazaxıstan (138; 199) izləyir. Azərbaycan yalnız Tacikistanı (141; 192), Türkmənistanı (144; 175) və Qırğızıstanı (150; 146) qabaqlayır.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Almaniya (1770), Argentina (1577), Kolumbiya (1499), Belçika (1471), Niderland (1415), Braziliya (1348), Portuqaliya (1191), Fransa (1180), Uruqvay (1164), İspaniya (1146).


Digər xəbərlər

Xəbər xətti