Martın 25-də Malta ilə yoldaşlıq oyununda qarşılaşacaq Gürcüsatan millisi, 4 gün sonra Almaniya ilə AVRO-2016-nın seçmə oyununa çıxacaq.
Sportarena.az saytına “İnter” klubundan verilən məlumata görə, “İnter” və Gürcüstan yığma komandasının baş məşqçisi Kaxaber Sxadadze martın 18-də Premyer Liqanın 26-cı turu çərçivəsində keçiriləcək “İnter” – “Qəbələ” matçından sonra Azərbaycanı tərk edərək Gürcüstan – Malta oyununa yollanacaq. 4 gün sonra yığmanı Almanalara qarşı çıxaracaq Sxadadze Azərbaycana bir də martın 30-da aprelin 1-də keçiriləcək “Qarabağ” – “İnter” matçı üçün qayıdacaq.
Qeyd edək ki, “İnter” klubu ilə bu ilin iyun ayının 1-nə qədər müqaviləsi olan gürcü üçün bu, karyerasının ən gərgin qrafiki olacaq.