Məşhur futbolçu Dieqo Forlan Uruqvay milli komandasındakı karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun özü məlumat verib: "Bu çətin qərar oldu. Uzun illər yığmanın şərəfini qoruduğum üçün qürur duyuram. Belə karyeranı yalnız xəyal edə bilərdim. Düşünürəm ki, mənim gedişim gənc nəslin yolunu açacaq".
Qeyd edək ki, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilən Forlan Uruqvay millisində keçirdiyi 112 oyunda 36 qol vurub.