Daril Villard: "İlk iş bütün komandaların "AZAL Arena"dakı "ev"nə qaytarılması oldu" - MÜSAHİBƏ

16:49 12 Mart 2015

AZAL-ın Uşaq Futbol Akademiyasının idman direktoru Daril Villard klubun rəsmi saytına müsahibə verib.

 

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- Ötən ay idman direktoru kimi fəaliyyətə başlamağınızın bir ili tamam oldu. Artıq arxada qalan bu ili necə qiymətləndirirsiniz? 
- Əlbəttə, zaman baxımından elə də böyük dövr deyil. Lakin bunu klubun inkişafı yolunda atılan addımlar baxımından dəyərləndirsək, danışmağa yetərincə mövzu  var. Bu səbəbdən AZAL PFK-nı sevənlərə və daha böyük auditoriyaya buna qədər həyata keçirdiyimiz, etməyi qarşıya məqsəd qoyduğumuz işlər barədə müəyyən informasiya vermək istərdim. Klub rəhbərliyi ilə görüşüb bütün vəzifələri və qarşıya qoyulan tapşırıqları müəyyənləşdirdikdən sonra  2014-cü ilin fevralında işə başladım. İlk iki  ayda uşaq futbolu üzrə bütün bölmələrin və strukturun qiymətləndirilməsi ilə məşğul oldum, infrastruktur imkanlarını dəyərləndirdim. Hamının etiraf etdiyi kimi görüləcək işlər çox idi. İlk iş bütün komandaların “AZAL Arena”dakı “ev”inə qaytarılması oldu.

Rəhbərliyin və klubda bu sahənin inkişafı üçün mənimlə birgə çalışan işçilərin yardımı ilə qısa vaxtda müəyyən nəticə əldə etdik. İlk öncə məşqlərin planlaşdırılıb keçirilməsində, futbolçulara verilən təlimin yaxşılaşdırılmasında bir sistem formalaşdırdıq. Bununla paralel, seleksiya fəaliyyətinə başlanıldı. Təsadüfi deyil qısa zaman kəsiyində komandaların heyəti xeyli dəyişdi və bacarıqlı, istedadlı uşaqlar cəlb olundu.

Bu sahədə dönüş nöqtəsi işə AFFA-nın müvafiq layihəsinə qoşulmağımız oldu. Məhz AFFA-nın AZAL PFK-nı bu proqrama daxil etməsi bizim qarşımızda geniş imkanlar yaratdı. Klublara ayrılan maddi və texniki yardımlar fəaliyyət sahəmizi artırmağa, işləri daha geniş coğrafiyaya yaymaga imkan verdi. Qeyd edim ki, AZAL-ın rəhbərliyi bu layihənin uğurla həyata keçirilməsi üçün ilk gündən mənə, umumulikdə isə Akademiyamıza diqqət göstərib. Biz birgə bir çox məsələlərin həllinə nail olmuşuq. Biz birlikdə apreldən etibarən 2002-2005-ci il təvəllüdlü uşaqlar üçün 5 futbol festivalı təşkil etdik və 6 həftədə heç bir klubla bağlılığı olmayan 500-dən çox uşağı sınadıq.

Seçimlərdən sonra biz akademiya üçün 25-dən çox futbolçu ilə müqavilə bağladıq. Bu, böyük iş idi. Bu festivalların 2 məqsədi var idi: 1. AZAL PFK-ya yaxşı imic yaratmaq; 2. Yeni istedadları üzə kəşf etmək.

Artıq haradasa buna nail olmuşuq. İndi AZAL-da futbol oynamaq istəyənlərin sayı daha çoxdur, valideyinlər uşaqlarını həvəslə bizim Akademiyaya gətirilər. AZAL AFFA-nın dəstəyi ilə daha yaxşı şəraitə malik olub. İndi “Dalğa” stadionunda, Binədə və Şüvəlanda məşq edirik. Məşqlərə getmək üçün nəqliyyatla təmin olunmuşuq. Artıq peşəkar məşqçilərimiz, onların fəaliyyətinin əsasını təşkil edən məşq proqramımız var.

- Sizcə AZAL AFFA-nın bu layihəsində hansı uğura imza atıb?
- İyunda klubun vitse-prezidenti Fikrət Hüseynovla görüşüm oldu. O həyata keçirmək istədiyim yeni ideyalar və təkliflərimizi həvəslə qarşıladı. Dəyişiklik məşqçilər və inzibati heyətə aid oldu. Fikrət Hüseynov bu sahədə mənə istənilən yardımın göstəriləcəyini diqqətimə çatdırdı, klubun bəzi bacarıqlı kadrlarının da layihəyə qoşulacağını bildirdi. İnzibati heyətin gücləndirilməsi və təşkilati işlərin yaxşı təşkil olunması üçün bütün işçilərə öz tapşırıqlarını verdi. Klubun meneceri Eldəniz Yusifov həm də uşaq futbolu üzrə kordinator kimi fəaliyyətə başladı. Mən isə yeni, gənc nəsil məşqçilərin işləməsinə üstünlük verdim. Bu məşqçilər – təbii ki, özləri istəsələr – Azərbaycan futbolunun gələcəyidir. Mən öyrənmək və dinləmək bacarığı olan gənc məşqçilərlə işləmək istədim. Mən eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov və əməkdaşlarımıza təşəkkür edirəm. Bəzən çətinliklər olurdu, amma indi hamımız inkişafı görə bilirik.

Hazırda akademiyaya gələn və gedən bütün futbolçuları nəzarətdə saxlayıram. Başqa sözlə, indi hansısa klub futbolçumuzu istəyirsə, məsələ bilavasitə məndən keçir. Son 12 ayda heç bir oyunçuya getməyə icazə verməmişəm. Güclü oyunçuları qoruduğumzudan komandalarımız daha güclüdür. Bu mövsümkü nəticələr məni inanılmaz dərəcədə sevindirir. İndi hər bir rəqiblə mübarizə apara bilirik. Ən əsası isə futbolçuların inkişafında vacib irəliləyişin olmasıdır. Bu isə Azərbaycan futbolu üçün də vacibdir.

12 ay ərzində hazırda AZAL PFK-nın əsas komandasında start heyətində oynayan 1994-cü il təvəllüdlü Seymur Əsəsdovu ortaya çıxardıq. Onu kluba mən transfer etmişəm. “Qəbələ”də olarkən onu görmüşdüm və AZAL-a təyinat alandan sonra onu özümlə gətirmək qərarına gəldim. İnanıram ki, o, üzərində bir az da işləsə, U-21 milli komandasına da düşə bilər. Son bir ildə neçə klub belə iş görüb?

- Bəs əsas komanda ilə Akademiyanın münasibətləri necə qurulub?
- Bizdə 1994 və 1998-ci il təvəllüdlü perspektivli 2 uşaq da var. Onların Premyer Liqa səviyyəsinə qədər yüksələcəyinə əminəm. Eyni zamanda 1999-cu il təvəllüdlü uşaqların əksər hissəsi böyük potensiala malikdir. Ona görə də onlara xüsusi diqqət ayırırıq. Gənc futbolçuların bəziləri klubun bazasında qalır və əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi Andrey Kolesnikovun hazırladığı hazırlıq planı üzrə çalışır.

Ümumiyyətlə, 7-13 yaşlılar üçün seçim hər şey deməkdir. Xammal materiallar tapa bilməsək, inkişaf olmayacaq. Bu səbəbdən vaxtımın çoxunu buna həsr edirəm.

Məncə, son 12 ayda bu qədər dəyişikliyə məruz qalan başqa bir klub yoxdur. Etiraf edirəm, başlanğıcda çətinliklər oldu. Ancaq vitse-prezident Fikrət Hüseynovun dəstəyi sayəsində hər şeyi birgə həll etdik. Fürsətdən istifadə edib AZAL PFK-nın prezidenti Zaur Axundova da məni kluba cəlb etdiyinə görə təşəkkürümü bildirmək istərdim. İndi o, görülən işləri dəyərləndirə, qiymətləndirə bilər.

İndi akademiyamızda ən yüksək səviyyədə AZAL PFK-nın şərəfini qorumaq istəyən gənc oyunçularımız var. Bunda əsas komandanın baş məşqçisi Tərlan Əhmədov və onun məşqçilər korpusunun da böyük rolu var. Onlar yerli gənclərə şans verməkdən çəkinmir. Hətta bəzən gənc istedadlıları əcnəbilərdən üstün tuturlar. Belə yanaşma və mövcud resurslar ilə qazanılan nəticələr, sadəcə, fantastikdir.

- Bütün bunlardan sonra gələcək haqda nikbin düşünmək olar?
- Bəli. Biz böyük resurslara malik klub deyilik. Amma məncə, bu xeyrimizə olan məqamdır. Çünki klub yerli gənclərin inkişafına, onların əsas komandaya cəlb olunmasına daha çox üstünlük verir. Nə üçün siz də AZAL PFK-ya gəlməyəsiz? Biz U-12 yarışında titul qazanmağı deyil, futbolçuların fərdi inkişafinı hədəf seçmişik! Əgər fərqi anlamırsızsa, Azərbaycanda gənc futbolçuların inkişafına ziyan vurmuş olursuz.

 


Digər xəbərlər

Xəbər xətti