"Simurq" - "Qəbələ" matçı canlı yayımlanacaq

18:01 12 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. Səfərdə “Qəbələ” üzərinə böyükhesablı qələbə qazanan (0:3) “Simurq” öz meydanında növbəti mərhələ şanslarını qorumağa çalışacaq.

 

 

Klubdan sportarena.az saytına verilən məlumata görə, matç “Simurq” klubunun rəsmi internet kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, Zaqatala şəhər stadionunda keçiriləcək “Simurq” “Qəbələ” matçı saat 17:00-da start götürəcək.


Xəbər xətti