Azərbaycan yığmasında iki ciddi itki

18:33 12 Mart 2015

U-17-lərin Avropa çempionatının elit raundunun başlamasına cəmi 5 gün qalıb. Lakin birmənalı şəkildə demək olar ki, vacib turir öncəsi millimizin durumu heç də ürəkaçan deyil.

 

 

Sportarena.az xəbər verir ki, daha iki aparıcı futbolçumuz zədə səbəbindən bu mərhələdə komandamıza kömək edə bilməyəcək.

 

Bunlardan biri "Xəzər Lənkəran"ın şərəfini qoruyan Kazım Kazımlıdır. Digər futbolçu isə Hollandiyada çıxış edən Ziya Əzizovdur.Halbuki bir müddət öncə Ziyanın sənəd problemi olduğu üçün düşərgəyə gec qoşulacağı deyilirdi. Lakin dünən məlum olub ki, əslində Ziyanın ciddi zədəsi var və onun da millimizə kömək edə bilməyəcəyi dəqiqləşib. 

 


Xəbər xətti