Millimizin sabiq üzvü Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" klubunun baş məşqçisi Məhmət Altıparmak futbolçularına xəbərdarlıq edib.
Sportaren.az xəbər verir ki, Türkiyə mətubatına açıqlama verən çalışdırıcı komandada "pul" sözünü eşitmək istəmədiyini bildirib: "Son 11 həftədə maksimum xallar toplamalıyıq. Artıq bu, qürur məsələsidi. Bu çətin vaxtda ağlında sadəcə alacağı pulu düşünərək oynayanlar varsa, dərhal ayrılsınlar. Bizim pula deyil, ürəkli insanlara ehtiyacımız var. Qalibiyyət mükafatı 10 min yox, 100 minə qaldırılısa belə, qaçmadan, mübarizə aparmadan, tər tökmədən qazanmaq olmur. Rəhbərlikdən xahiş etdim ki, pul söhbəti barədə danışmasınlar. Növbəti tur səfərdə "Boluspor"la qarşılaşacağıq. Meydançada hirsli bir komanda görmək istəyirəm".
Qeyd edək ki, son 10 oyunda qalibiyyət üzü görməyən Türkiyə PTT 1-ci Liqa təmsilçisi 23 turdan sonra 18 xalla 17-ci pillədə qərarlaşıb.