Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, 16 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə keçiriləcək.
Qardaş ölkə Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” Belçikada meydana çıxacaq. İstanbul nəhənginin rəqibi “Brügge” olacaq.
Ölkəmizi Avropa Liqasında təmsil etmiş “Qarabağ”la eyni qrupda mübarziə aparmış Ukraynanın “Dnepr” klubu öz meydanında Hollandiyanın “Ayaks” klubunu sınağa çəkəcək.
Avropa Liqası
1/8 final, ilk oyunları
12 mart
22:00. “Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə) 2:1
Qol: De Sutter; Rafael, 77; Törə, 46;
22:00. “Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) 1:0
Qol: Zazulya, 30