“Sabahkı oyuna tam heyətlə hazırlaşırıq. Əvvəlcədən nəsə demək mümkün olmasa da, qələbə qazanmaq üçün oynayacağıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.
O, sabah Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter”ə qarşı keçirəcəkləri matçdan danışıb. İlk oyunda 0:2 hesabı ilə uduzan “ağ-yaşılların” təcrübəli futbolçusu qələbəyə ümid etdiklərini bildirib: ““İnter” güclü və stabil komandadır. Onlara qarşı oynamaq təkcə bizim üçün deyil, bütün komandalar üçün çətindir. Amma inanıram ki, sabah doğma meydanda qələbə qazanıb azarkeşlərimizi sevindirəcəyik. Şansımızın nə qədər olduğunu demək çətindir. Sadəcə futbolda hər şey mümkündür. İnanıram ki, yarımfinala adlayan komandalardan biri olacağıq”.