"Xəzər Lənkəran"da darmadağın həftəsi

21:33 12 Mart 2015

"Xəzər Lənkəran"ın aşağı yaş qrupları üzrə komandalarında növbəti oyunlar baş tutub.

 

 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu həftə "ağ-yaşıllar"ın komandaların böyükhesablı qələbələrlə yadda qalıblar.


Belə ki, həftəyə U-17 komandası qol şousu ilə start verdi. "Kəpəzi" qəbul edən komanda 8:0 hesablı qələbəyə sevindi. Maraqlıdır ki, komandanın heyətinin əksəriyyətini U-16 komandasının üzvləri təşkil edirdi. Elə vurulan qolların yeddisinin müəllifi məhz 16 yaşlılar oldu. Bu qarşılaşmada İbrahim Qədirzadə və Kənan Səfərov het-triklə yadda qaldılar, Kamal Dənziyev və Kənan Sadıqov isə hərəyə bir dəfə fərqləndilər. 


Növbəti gün isə U-15 komandası darmadağınla yadda qaldı. Namiq Qarayevin komandası AZAL-ı 6:0 hesabı ilə məğlub etdi. Bu görüşdə Peyman Səfərzadə və Nurlan Fərəcli dubl etdilər, bir qolu Elməddin Əsədullayev, digərini isə Tural Bayramov rəqib qapısından keçirdi. 


"Ağ-yaşıllar"ın U-16 komandası isə bu gün doğma meydanda "Turan"la qarşılaşdı. Bu matç da ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşdı - 4:1. Qalib komandanın heyətində Hikmət Nağıyev, Kənan Səfərov, Əli Qurbanov və millinin üzvü Yusif Həsənov fərqləndilər. 

   

 


Digər xəbərlər

Xəbər xətti