Aryen Robben və Frank Riberinin vəziyyətlərinə aydınlıq gəldi

22:16 12 Mart 2015

Bavariya” iki ciddi itki ilə üzləşib.

 

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalının cavab oyununda  “Şaxtyor”la keçirilən matçda zədələnən Aryen Robben və Frank Riberi bu gün tibbi müayinədən keçib.

 

Münhen klubunun hər iki aparıcı futbolçusu ən azı bir oyun komandasına kömək edə bilməyəcək. Onlar Almaniya Bundesliqasının XXV turu çərçivəsində “Verder” qarşı görüşdə meydana çıxmayacaq. Sözügedən qarşılaşma martın 14-də baş tutacaq.

 

Qeyd edək ki, “Bavariya” “Şaxtyor”a 7:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

 


Xəbər xətti