Millimiz Maltaya məğlub oldu

10:11 13 Mart 2015

Azərbaycanın 21 yaşadək futbolçu qızlardan ibarət yığma komandası Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi Afrodita Kubokunda ilk görüşünü keçirib.

 

 

Sportarena.az xəbər verir ki, rəqib Malta yığması olub.  Görüş "cırtdan ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Malta yığmasının kapitanı Dorian Teuma açıb. 36-cı dəqiqədə İlenia Karabott fərqi artırıb. Millimizin təsəlli qoluna isə 70-ci dəqiqədə penaltidən Jalə Mənsimova imza atıb. Bu, rəqib komandanın yeni baş məşqçi Mark Qattın rəhbərliyi altında ilk qələbəsi olub. 

 

Qeyd edək ki, Azərbaycan millisi bu gün Bəhreynlə, martın 15-də isə Kiprlə üz-üzə gələcək.

 


Digər xəbərlər

Xəbər xətti