12-13 mart tarixlərində yaşıl meydanlarda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki," Qarabağ"ı qrup mərhələsində turnirdən kənarlaşdıran "Dnerp" klubu Ukraynada "Ayaks"ı qonaq edib və 1:0 hesabı ilə qələbə qazanıb.
Digər görüşdə Türkiyənin "Beşiktaş" klubu Belçika "Brügge"si ilə səfər matçından 2:1 hesablı məğlubiyyətlə geri dönüb. Rusiyanın "Zenit" və "Dinamo" kollektivlərindən biri qələbəyə sevindiyi halda, digəri məğlubiyyətə üzülüb.
Gecənin bu və digər nəticələri belədir:
“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) – 2:1
“Zenit” (Rusiya) – “Torino” (İtaliya) – 2:0
“Dnepr” (Ukrayna) - “Ayaks” (Niderland) – 1:0
“Volfsburq” (Almaniya) - “İnter” (İtaliya) – 3:1
“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) – 2:1
“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) – 1:1
“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya) -3:1
“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) – 1:3.
1/8 final mərhələsinin cavab oyunları martın 19-da keçiriləcək.