Ukraynanın "Metallist" (Xarkov) klubunun yarımmüdafiəçisi Vladimir Priemov bəyan edib ki, onun Azərbaycan və Qazaxıstan komandalarında oynamaq şansı olsa da, bunlardan imtina edib.
Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu barədə müəyyən söhbətlər var idi. Futbolu inkişafda olan bu ölkələrə hörmətlə yanaşıram. Amma öz Premyer Liqamızı daha üstün sayıram. Mənə elə gəlir ki, mənim indiki yaşım hələ ölkəmdə daha yüksək səviyyədə oynamağa imkan verir”.