Mourinyo üçün yeni müqavilə

13:50 13 Mart 2015

"Çelsi" baş məşqçisi Joze Mourinyo ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.

 

 

Sportarena.az Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu portuqaliyalı mütəxəssislə 4 illik yeni müqavilə imzalamaq istəyir. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, Mourinyo maaşı da artacaq.

Məlumatda bildirilir ki, "Çelsi" Çempionlar Liqasında mübarizəni dayandırmağına baxmayaraq, klubun prezidenti Roman Abramoviç J.Mourinyonun işindən məmnundur. Hazırda İngiltərə Premyer Liqasının lideri olan "Çelsi" çempion olmasa belə, rusiyalı iş adamı Mourinyonun komandada qalmasını istəyir.

"Çelsi"nin Mourinyoya yay transferi üçün 100 milyon avro büdcə ayıracağı da bildirilib.

 


Digər xəbərlər

Xəbər xətti