"İnter" "Xəzər Lənkəran"ı darmadağın edərək yarımfinala yüksəldi

18:57 13 Mart 2015

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. 

 

 

Sportarena.az xəbər verir ki, ölkə çempionluğu uğrunda mübarizə aparan “İnter” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Heyətində gənc futbolçulara üstünlük verən Cənub klubu Bakıda 2 cavabsız qolla uduzduğundan evdə bunun əvəzini çıxmaq arzusundadı. Bu dəfəki duelin favoriti hesab edilən “bankirlər”in isə asan təslim olacağı gözlənilmir.

 

17:00. “Xəzər Lənkəran” – “İnter” 0:3

Qollar: Məmmədov, 24; Daşdəmirov, 74; İsmayılov, 90+1

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

İlk oyun – 0:2

 


Xəbər xətti