Portuqaliya yığması Bakıya gəlir

14:11 13 Mart 2015

Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Bakıya gəlir.

 

Sportarena.az xəbər verir ki, AÇ-2015-in elit mərhələsində yığmamızın rəqiblərindən olan bu komanda hazırlıqlarını ölkəmizdə davam etdirəcək.

Qeyd edək ki, elit mərhələnin 2-ci qrupunun oyunları Bakıda təşkil olunacaq. Qrupun ilk görüşləri martın 17-də keçiriləcək.

2-ci qrupda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Serbiya və Xorvatiyanın 17 yaşlıları da mübarizə aparacaq.

 


Digər xəbərlər

Xəbər xətti