Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda “Bakı” “Qarabağ”ı qəbul etdi. Oyun “Qarabağ”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.
Sportarena.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.