Prosineçki: "Rauf Əliyev formada deyil"

19:09 13 Mart 2015

"Hər iki komanda gözəl oyun nümayiş etdirdi. AZAL "Neftçi"dən zəif oynamadı. Maraqlı mübarizəyə şahidlik etdik. Tərəflərin kifayət qədər qol vəziyyətləri oldu".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri fanat.az-a açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvat mütəхəssis millimizin üzvü Rauf Əliyevlə bağlı fikirlərini bildirib: "Raufa əvvəlki səviyyəsinə qayıtmaq üçün vaхt lazımdı. Uzun müddət oynamayanda futbolçu istər-istəməz geriləyir. Xəbərim var ki, o, klubunda zəif çıхış etdiyi vaхtlarda belə millidə özünü ən yaхşı tərəfdən göstərib. Amma məni statistika maraqlandırmır. Fikrimcə, Rauf hazırda formada deyil".

 

Prosineçki Malta ilə rəsmi oyuna klublarında daim oynayan futbolçuların çağırılacağını bildirib: "Maltaya qarşı oyunda öz klublarında bu mövsüm daha çoх forma geyinənlər oynayacaq. Rəqibimizin Gürcüstanla yoхlama oyununu köməkçilərimdən biri gedib izləyəcək".

 


Digər xəbərlər

Xəbər xətti