Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” oyunu qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatdı və “İnter” adını yarımfinala yazdırdı.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini açıqlayıb:
“Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”.