Yurgen Klinsman "Qalatasaray"da?

19:29 13 Mart 2015

"Qalatasaray" klubu ilə bağlı yeni transfer iddiası ortaya atılıb.

 

Sportarena.az xəbər verir ki, klub müqaviləsi mövsüm sonunda bitəcək olan Hamza Hamzaoğlu ilə çalışmaq fikrində deyil. 

ABŞ futbol liqasının rəsmi radiosu "MLS Radyo" ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın aktiv futbolun içində olmaq istədiyini qeyd edib. 

Radionun iddiasına görə, almaniyalı mütəxəssis iyun ayından etibarən ya "Qalatasaray"ı, ya da "Birmingem Siti"ni çalışdıracaq. 

50 yaşındakı mütəxəssisin iddialara cavab verməməsi isə şaiələrin daha da artmasına gətirib çıxarıb.


Digər xəbərlər

Xəbər xətti