Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Roman Qriqorçuk oyun barədə fikirlərini bölüşüb:
“İndiki məqamda mən rəqibi təbrik etməliyəm. Biz isə çox çalışmalı və işimizi davam etdirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Açığı, mən pərt olmuşam. Çünki mərhələni biz yox, rəqib adladı”.