Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Georgi Çixradze oyun barədə fikirlərini bölüşüb:
“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”.