Dünya Çempionatı Rusiyadan alına bilər

23:23 13 Mart 2015

Rusiya 2018-ci ildə futbol üzrə dünya çempionatını keçirtmək hüququndan məhrum edilə bilər.

 

Sportarena.az  xəbər verir ki, bu barədə Şimali və Mərkəzi Amerika ölkələrinin futbol üzrə konfederasiya rəhbəri Ceffri Uebb bildirib. Uebb Rusiyada irqçiliyin geniş vüsət aldığını, qaradərili futbolçuların təhlükəsizliyi baxımından narahatçılığın yarandığını qeyd edib. Rusiya İdman naziri Vitali Mutkonun ölkəsində maarifləndirici tədbirlər görülməsi ilə bağlı plan hazırladığını deyən Uebb yaxın üç il ərzində vəziyyəti dəyişdirmək üçün imkan olduğunu vurğulayıb. 


Digər xəbərlər

Xəbər xətti