Türkiyə Superliqasının XXIV turunun “Konyaspor” – “Kasımpaşa” matçında “Feyr-Pley” çərçivəsinə uyğun olmayan qol vurulub.
Sportarena.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Ryan Babelin zədələnib yerə uzanması zamanı qonaqlar topu kənara atmayıblar.
Ryan Donk isə ələ düşən fürsətdən maksimum istifadə edib. Onun gözlənilməyən qolundan sonra meydanda gərginlik və insident yaşanıb. “Kasımpaşa”nın baş məşqçisi Şota Arveladze oyunçularına rəqibin hücumunun qarşısını almaması əmrini verib. Daha sonra Hasan Kabze topu boş qapıdan keçirərək, hesabı bərabərləşdirib.
Qeyd edək ki, hazırda davam edən matçda “Konyaspor” 2:1 hesabı ilə öndədi. 40-cı dəqiqədə yenə Hasan Kabze fərqlənib. Təcrübəli hücumçu rəqibi bu dəfə penaltidən cəzalandırıb.