“Xəzər Lənkəran” istirahətə buraxılmadı

00:14 14 Mart 2015

“İnter”lə keçirdiyi hər iki oyunda məğlub olaraq kubokla vidalaşan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.

 

 

Sportarena.az xəbər verir ki, komanda martın bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək.

 

Kubok oyununda meydana çıxan futbolçular qismən yüngül, qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirənlər isə hazırlıq prossesində tam olaraq saatyarım ərzində iştirak edəcəklər. Bundan sonra futbolçuların sərəncamında dincəlmək üçün martın 15-də baş tutacaq səhər hazırlığına qədər vaxt olacaq.

 

Beləliklə, Cənub klubu qarşıdakı günlərdə doğma şəhərdə məşq edərək, martın 16-da günün ikinci yarısında Bakıya yollanacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində martın 18-də AZAL-ın qonağı olacaq.

 

Mənbə:12cioyuncu.info

 


Digər xəbərlər

Xəbər xətti