Kiprdə keçirilən qadınlar arasında “Afrodita kuboku”nda II tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, B qrupunda çıxış edən 21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin rəqibləri turun son matçında üz-üzə gəlib.
Bu oyunda meydan sahibləri Malta yığmasını 2:1 hesabı ilə məğlub edib. 6 xalla liderliyə yüksələn Kipr son turda millimizlə üz-üzə gələcək. Maltaya 1:2 hesabı ilə uduzub, Bəhreyni 4 cavabsız qolla keçən 2 top fərqilə qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1-ci olacaq. A qrupunda isə Latviya yığması Livanı 6 cavabsız qolla darmadağın edib.