Beynəlxalq Basketbol Federasiyası (FİBA) Kosovonun üzvlüyünü rəsmən qəbul edib.
Sportarena.az xəbər verir ki, bu barədə Kosovo Basketbol Federasiyasının prezidenti Erolld Belequ şəxsi "twitter" hesabında məlumat yayıb.
O, FİBA-nın 215-ci üzvləri olduqlarını bildirib: "13 mart tarixində Kosovo rəsmi olaraq FİBA-nın 215, FİBA Avropanın isə 52-ci üzvü oldu. Xeyirli olsun, Kosova!"
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi də ötən il Fransanın Monako şəhərində keçirdiyi iclasda Kosovonın üzvlüyünü qəbul etmişdi.