Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub.
Sportarena.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarışın ən məhsuldar futbolçusu ünvanı sahibi dəyişib.
“Bakı” ilə səfər qarşılaşmasında het-trikə imza atan “Qarabağ”ın üzvü vüqar Nadirov qol sayını 5-ə çatdırıb. Bununla da o, “Simurq”un hücumçusu Draqan Çeranı arxada qoyub.
3-cü pilləyə şərik olan 3 oyunçunun hərəsinin hesabında isə 2 top var. Onlardan yalnız biri – Reynaldo qol sayını artırmaq imkanına malikdi.