Sxadadze rekorda imza atdı

11:42 14 Mart 2015

Bakının “İnter” klubunun baş məşqçisi Kaxzaber Sxadadze yeni rekorda imza atıb.

 

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasını Azərbaycan kubokunun yarımfinalına ən çox çıxaran legioner baş məşqçi olub.

 

2009/10, 2010/11 və 2011/12 mövsümlərində ardıcıl 3 dəfə “İnter”lə yarımfinal həyəcanı yaşayan çalışdırıcı 2 illik fasilədən sonra eyni uğuru təkrarlayıb. 4-cü dəfə paytaxt təmsilçisini 4 ən güclü arasına daşıyan Sxadadze əcnəbilər arasında mütləq rekorda sahib çıxıb.

 

Bunadək “İnter”in sabiq baş məşqçisi, bu postdakı sələfi ukraynalı Valenton Xodukinlə şərikli rekordçu olan gürcüstanlı artıq həmkarını da geridə qoyub. Ukraynalı 2006/07, 2007/08 və 2008/09 mövsümlərində finalın bir addımlığında olub, bunların ikisində isə həlledici qarşılaşmayadək irəliləmişdi.

 

Qeyd edək ki, Sxadadzenin həmyerlisi Georgi Çixradze rəhbərlik etdiyi “Simurq” kimi ilk dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib. Ümumilikdə isə əcnəbi məşqçilər indiyədək 20 dəfə komandasını 1/2 finala daşıyıb. Onlardan biri bu mərhələyə çıxardığı komandadan ayrılıb və yarımfinal həyəcanı yaşamayıb. Əvəzində digər 2 əcnəbi bu mərhələ öncəsi baş məşqçi postuna gətirilib.

 


Digər xəbərlər

Xəbər xətti