Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavaba oyunları yalnız bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Sportarena.az xəbər verir ki, “Neftçi” Erik Ramosun xidmətindən məhrum olub.
Paraqvaylı yarımmüdafiəçi yarımfinal mərhələsinin “İnter”lə ilk oyununu buraxmaq məcburiyyətində qalıb. Buna səbəb Erikin hesabındakı sarı vərəqələrin ikiyə çatmasıdı.
Ramos AZAL-la 1/4 final oyunlarının hər ikisində xəbərdarıq alıb. İlk oyunun 47, cavab görüşünün 45-ci dəqiqəsində cəzalanan legioner yarımfinal öncəsi qarşısında “qırmızı işıq” görüb.