"Roma"nın kapitanı Françesko Totti klubun avtomobil qəzası keçirmiş isveçli fanatına dəstək olub.
Sportarena.az xəbər verir ki, 38 yaşlı futbolçu hazırda xəstəxanada müalicə alan Aleksandr Lindala imzalı kapitanlıq sarğısını və məktub göndərib. Françesko məktubda azarkeşə tezliklə sağalmasını arzulayıb:
"Salam Aleksandr. Necəsən? Ümidvaram ki, sən indi daha yaxşısan. Mən qəza haqda eşidəndə çox təəssüfləndim. Bəzən həyat qarşımıza belə maneələr çıxarır. Biz bu maneələrlə qarşılaşanda nə qədər güclü olduğumuzu görürük. Belə məqamlarda biz yaxınlarımızın dəstəyini hiss edirik. Tez sağalmağa çalış və bizi dəstəkləməyə davam et. Çünki sən bizə lazımsan.Ümid edirəm ki, səni tezliklə "Olimpiko"da görəcəm. Hələlik, Aleks! Françesko".