Dünən ölkə kubokunun 1/4 final cavab mərhələsində "Qarabağ"a məğlub olan "Bakı" kubokla vidalaşıb.
Sportarena.az xəbər verir ki, "zolaqlılar" istirahət etmədən bu gün məşqlərə start verib. Komanda martın 18-i qəbul edəcəyi "Simurq"la oyunun hazırlıqlarına başlayıb. Günorta saatlarında başlayan məşqdə zədəli Vüqar Bəybalayevdən başqa hamı məşqdə iştirak edib.