Futbolda yaşıl vərəqə təbiq olunacaq

19:55 14 Mart 2015

İsveç Futbol Federasiyası növbəti mövsüm oyun qaydalarında dəyişiklik edəcək. 

 

 

Sportarena.az xəbər verir ki, isveçlilər qaydalara yenilik edərək qırmızı və sarı vərəqənin yanına yaşılı da əlavə edəcək. 

 

Belə ki, “fair-play”ə uyğun həkətlərə əməl edən futbolçulara hakim yaşıl vərəqə göstərəcək. Bu qayda yeni mövsümdən etibarən  İsveçin həvəskarlar liqasında və aşağı yaş qruplarının oyunlarında tətbiq olunacaq. İsveçli FİFA referisi Yonas Eriksson  yeni qaydayla yaşıl vərəqənin tətbiqiylə bağlı fikrini bildirib:

 

“Adətən hakimlər futbolçuları sarı və qırmızı vərqəylə cəzalandırır. İndi ədalət təmsilçiləri futbolçulara “centilmen” yəni, idmançıya yaraşan hərəkətlərə görə yaşıl vərəqə göstərəcək. Bu da istər-istəməz özünü oyunda aqressiv aparan futbolçulara örnək ola bilər. Hər halda çılğın olan oyunçular sərt mübarizədən çəkinər və özlərini meydanda peşəkar futbolçu kimi apararlar”. 

 


Digər xəbərlər

Xəbər xətti