"Real Madrid" Kasilyasa əvəzləyici tapdı

19:58 14 Mart 2015

Madrid “Real”ı heyətini yeni qapıçı ilə gücləndirir.

 

 

Sportarena.az xəbər verir ki, Argentinanın “River Pleyt” klubunun qapıçısı Avqusto Batalla ilə cari mövsümün sonunda müqavilə imzalanacaq.

 

“River Pleyt”in prezidenti mətbuata açıqlamasında 18 yaşlı qolkiperin bu ilin iyununda “Real”la bir illik müqavilə imzalayacağını deyib.

 


Xəbər xətti