Türkiyə PTT Liqasında 24-cü turun oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, Cəmşid Məhərrəmovun formasını geyindiyi “Adanaspor” doğma meydanda “Bucaspor”la qarşılaşıb.
PTT-ni tərk etmək təhlükəsi ilə üzləşən bucalılar səfərdə qələbə qazanmağı bacarıb. Qonaq komandanın qələbə topunu 38-ci dəqiqədə Aladağ Əmir vurub. Start heyətində yer alan Cəmşid Məhərrəmov 90 dəqiqə mübarizə aparıb. 24 turdan sonra aktivində 28 xal olan "Adanaspor" turnir cədvəlinin 12-ci pilləsində qərar turub.