Hakimi öldürən futbolçuya 15 illik hökm oxunub - FOTO

20:56 14 Mart 2015

Oyun zamanı hakimi öldürmüş amerikalı həvəskar futbolçu Bassel Səəd 15 il həbs cəzası alıb. 
 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Newsday" xəbər yayıb.

Qatilin 8 ildən sonra şərti olaraq azadlığa buraxılması istisna olunmur.

36 yaşlı əslən livanlı olan Səəd öldürülmüş 44 yaşlı arbitr Con Beneviçin ailəsindən üzr istəyib, həmçinin bildirib ki, onlar üçün dua edir.

Hadisə 2014-cü ilin iyununda Miçiqan futbol liqasının matçı zamanı baş verib. Səəd hakim onu meydandan uzaqlaşdırmaq istəyərkən ona zərbə vurub. İki gün sonra arbitr yerli xəstəxanada dünyasını dəyişib. Ekspertlərin gəldikləri nəticəyə əsasən, ölümün səbəbi boyuna vurulan zərbə olub.

 


Digər xəbərlər

Xəbər xətti