Azərbaycan millisindən gözlənilən sıçrayış

21:19 14 Mart 2015

FİFA milli komandaların növbəti reytinq siyahısını aprelin 9-da açıqlayacaq. 
 

 

Sportarena.az xəbər verir ki, bu müddətdə yığmaların iştirakı ilə onlarla seçmə və yoxlama oyunları keçiriləcək.

Lakin artıq indidən gələcək cədvəllə bağlı proqnozlar verilir. Baş tutacaq bütün oyunlarda daha real görünən nəticələrin qeydə alınacağını, sensasiya olmayacağını düşünən ekspertlər yeni siyahını açıqlamağa da cəsarət tapıb. 

Həmin cədvəl isə Azərbaycan millisi üçün uğurlu alınıb. Belə ki, yığmamızın bu bir ayda sıçrayışa imza atacağı gözlənilir. Proqnozlaşdırılır ki, iki gün öncə açıqlanan reytinqdə 198 xalla planetin 139-cusu olan Robert Prosineçkinin yetirmələri böyük addımla irəliləyəcək. 

Bunun üçün millimiz martın 28-də Malta ilə baş tutacaq AVRO-2016-nın seçmə oyununda qalib gəlməlidi. Digər qarşılaşmalar da gözlənilən nəticələri versə, yığmamız 23 pillə irəliləyəcək. Qələbə ilə 66 xala qovuşacaq komandamız aktivini 264-ə çatdıracaq. Bu da proqnozlarda 116-cı olmağa yetərlidir. 

Qeyd edək ki, Azərbaycan – Malta oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti