"Karşıyaka"nın futbolçusu Mahir Şükürov zədələnib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü komandasının dünən baş tutan məşqində əzələsini dartıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şükürov komandasının Türkiyə birinci liqasının 24-cü turu çərçivəsində baş tutacaq "Manisapor"la oyununda forma geyinməyəcək.