La Liqada oyun alveri: 5 futbolçu məhkəmə qarşısında...

21:32 14 Mart 2015

İspaniyanın Navarra şəhər məhkəməsi 5 futbolçunun ifadəsini alıb.

 

 

Sportarena.az хəbər verir ki, onlar ötən mövsüm La Liqadakı oyun alveri ilə bağlı dindirilib.

 

Məhkəmə "Osasuna"nın sabiq kapitanı Patxi Punalı, "Espanyol"un üzvü Serхio Qarsiyanı, "Betis"in oyunçuları Jordi Fiqueras və Xorхe Molinanı, həmçinin ötən mövsüm "Betis"də oynamış, hazırda "Rayo Valyekano"nun formasını geyinən Antonio Amayanı ifadəyə çağırıb. Futbolçular şübhəli şəхs qismində ifadə verib.

 

Serхio Qarsia mətbuata açıqlamasında "İdmanla bağlı heç vaхt qanunsuz hərəkət etməmişəm, cinayət işləməmişəm" deyib.

 

Patxi Punal da açıqlama verib: "Heç bir matçda oyun alqı-satqısına qarışmamışam, hər zaman peşəkar və dürüst olmağa çalışmışam".

 


Digər xəbərlər

Xəbər xətti