Avropa nəhəngləri "Beşiktaş"lı futbolçuya "elçi düşüb"

21:37 14 Mart 2015

Son zamanlar əla formada olan “Beşiktaş”ın futbolçusu Gökhan Törəyə böyük klubların marağı artıb.

 

 

Sportarena.az xəbər verir ki, PSJ də futbolçuyla maraqlanır. Amma Fransa klubunun nümayəndələrinin Gökhanla təmas qurmaq istəyi alınmayıb. “Ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç görüşə icazə verməyib.

 

Belə ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları "Brügge"ylə matçdan sonra Paris klubunun nümayəndələri futbolçunun menecerinə onunla görüşmək istədikləri barədə məlumat verib. Onların bu istəyindən xəbər tutan xorvat mütəxəssis nizam-intizam qaydalarını əsas gətirərək, görüşün baş tutmasına əngəl olub.

 

Sözügedən matç zamanı “Çelsi” və “Atletiko”nun nümayəndlərinin də Törəni izlədiyi bildirilir.

 


Xəbər xətti