İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Pepe komandanın sabiq baş məşqçisi Joze Mourinyo haqda fikirlərini dilə gətirib.
Sportarena.az xəbər verir ki, portuqaliyalı müdafiəçi həmyerlisinin gedişindən sonra adlarını təmizlədiyini söyləyib.
"Demək olar İspaniyanın bütün stadionlarında futbol oynamışıq. Heç birində nifrət hissi olmayıb, hansı ki, Mourinyonun vaxtında bu özünü biruzə verirdi" – deyə müdafiəçi bildirib.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü ildə "Real Madrid"i çalışdırıb.