Ruslan Qurbanov ehtiyatda qaldı

23:20 14 Mart 2015

Xorvatiya çempionatında XXV turun oyunları keçirilir.

 

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" doğma publika önündə Zaqreb "Dinamo"sunu qəbul edib.

 

Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesabıyla başa çatıb. Ruslan çempionatdakı digər oyunlarda olduğu kimi bu dəfə də görüşü ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, aktivində 37 xal olan "Hayduk" 4-cü pillədə yer alır.


Xəbər xətti