Türkiyə Superliqasında oynanılan “Qalatasaray” – “İstanbul BB” qarşılaşmasında soyunub-geyinmə otağına yollanan iki klub arasında qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, matçın son dəqiqələrində “Qalatasaray” sağ cınaqda aut atışı edərkən rəqibin məşqçisi Erol Blut meydana ikinci topu atıb və Aurelion Çedyou bu hərəkətə əsəbləşərək həmin nöqtəyə gəlib və məşqçi ilə söz davasına çıxıb. Nəticədə digər futbolçular və texniki heyyət də hadisə yerinə toplaşıb. Ara sakitləşən kimi isə hakim kamerunlu müdafiəçini sarı vərəqə ilə cəzalandırıb.
Buna baxmayaraq, oyunun başa çatması ilə məsələ təkrar mövzuya çevrilib. İki klub soyunub-geyinmə otağına yollanarkən aralarında qalmaqal yaşanıb. Polis məsələyə qarışmaq məcburiyyətində qalıb.