Neymar yubiley oyununu keçirdi

23:50 14 Mart 2015

İspaniya La Liqasının XXVII turu çərçivəsində səfərdə “Eybar”la oyun "Barselona"nın hücumçusu Neymar üçün əlamətdar olub.

 

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunun 0:2 hesabı ilə qalib gəldiyi matçda braziliyalı futbolçu yubiley oyununu keçirib.

 

Belə ki, meydana start heyətdə daxil olan “sambaçı” 300 rəsmi matçına çıxıb. 2013-ci ildən “Barsa”da forma geyinən 23 yaşlı forvard kataloniyalılarla 75 görüş keçirib. O, sabiq klubu “Santos”da isə 225 dəfə meydana top qovub.

 

Qeyd edək ki, Neymar oyunun 75-ci dəqiqəsində Pedro Rodriqeslə əvəzlənib.

 


Digər xəbərlər

Xəbər xətti